"Ronaldo 40 yaşına kimi oynaya bilər"

"Yuventus"un müdafiəçisi Corco Kyellini komanda yoldaşı Kriştiano Ronaldonun çıxışını dəyərləndirib. "Goal.com"un yaydığı xəbərə görə, İtaliya millisinin üzvü 33 yaşlı portuqaliyalı superulduzun uzun illər futbol oynaya biləcəyini söyləyib: "Düşünürəm ki, Ronaldo 40 yaşına kimi oynaya bilər. Bunu mən də bacararam, amma yəqin ki, etməyəcəyəm. Kriştiano məşqlərdə bütün komandanı daha çox çalışmağa məcbur edir. Çox ağıllı oğlandır. Yayda başqa ölkəyə fərqli ölkəyə gəlsə də, qısa zamanda şəhərin atmosferinə uyğunlaşdı".

Qeyd edək ki, Ronaldo mövsümün əvvəlində "Real"dan "Yuventus"a keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə