Baş məşqçi: “Məqsədimiz Dünya Kubokunda medal qazanmaqdır" - AÇIQLAMA - ÖZƏL

“Komandamız Dünya Kubokunda hələ ilk çıxışını yerinə yetirib. İki qarışıq cütlüyümüz də mübarizəyə qoşulacaq. Məqsədimiz Dünya Kubokunda medal qazanmaqdır”. Bunu SİA-ya açıqlamasında Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda mübarizə aparan Azərbaycan milli komandasının baş məşqçisi İradə Qurbanova deyib.

O qeyd edib ki, Dünya Kubokunun öz ölkəmizdə keçirilməsi məsuliyyəti daha da artırır: “İlk çıxışda idmançılarımız məşqlərdə heç vaxt etmədikləri bəzi kiçik səhvlərə yol verdilər. Bu da təcrübə ilə bağlıdır. Ancaq onlar proqramın öhdəsindən gəldilər. Dünya Kubokunda ən çətin rəqib Rusiya, Qazaxıstan və Belarusdur komandalarıdır. Onlar bundan öncə Dünya Kuboklarında və Avropa çempionatlarında yer tutublar. Bizim komanda isə hələ ilk dəfədir bu proqramla çıxış edir”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə