Yığmamız Norveç millisinə məğlub olub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib. SİA-nın məlumatına görə, Norveç yığması ilə qarşılaşan komandamız 1:4 hesabı ilə məğlub olub. Yığmamızın yeganə qolunu Musa Qurbanlı vurub.

Qrup mərhələsi çərçivəsində U-17 növbəti oyununu oktyabrın 26-da, saat 14:00-da Çexiya yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə