Alleqri açıqladı: "Ronaldodan asılı deyilik"

"Yuventus" futbol klubunun baş məşqçisi Massimiliano Alleqri, futbolçusu Kriştiano Ronaldo haqda açıqlama verib. İtaliya mətbuatının yazdığına görə, o, portuqaliyalı hücumçudan asılı olmadıqlarını bildirib: "Ronaldo dünyanın ən yaxşı oyunçularından biridir. Onun hazırlaşmağından məmnunam. "Yuventus"a böyük faydası var, amma biz Ronaldodan asılı deyilik".

Bütün xəbərlər Facebook səhifəmizdə