“Qarabağ”la oyunun favoriti deyilik”

“Qarabağ”la “Joze Alvalade” stadionundakı oyunumuzun formal xarakter daşıyacağını desək, özümüzü aldadarıq. Adından və statusundan asılı olmayaraq, istənilən komanda hörmətə layiqdir”. Qol.az-ın “A Bola” nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri “Sportinq”in müdafiəçisi Sebastian Koates Avropa Liqasının qrup mərhələsinin ilk turunun “Qarabağ”la oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O, "Qarabağ"la oyunun favoriti olmaları fikri ilə razılaşmadığını bildirib: “Müasir futbolda adi rəqib yoxdur. Ona görə də son illər ərzində bir çox sürpriz olub. Tamamilə matça köklənməli, öz oyunumuzu göstərməli və rəqibdən də bunu gözləməliyik. Favorit olduğumuzu düşünmək yanlış olar”.

Uruqvaylı futbolçu bu günkü görüşdə qələbə qazanmaq istədiklərini əlavə edib:“Oyuna yaxşı hazırlaşmışıq. Qalib gəlmək istəyirik. Evdəki üstünlüyümüzdən maksimum yararlanmalıyıq. Doğma meydanda keçirdiyimiz bütün oyunları udmaq əla olardı”.

Qeyd edək ki, “Sportinq” – “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə