Ramil Şeydayev Rusiya çempionatında ilk oyununa çıxıb

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Krılya Sovetov" klubunun heyətində Rusiya Premyer Liqasında ilk oyununa çıxıb.

Report-un məlumatına görə, 22 yaşlı hücumçu IV turda Moskva "Lokomotiv"inə qarşı ev oyununda forma geyinib. O, 82-ci dəqiqədə Vladimir Poluyaxtovun əvəzinə meydana daxil olub. "Samara Arena"dakı görüş "Lokomotiv"in qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 37-ci dəqiqədə Qjeqoj Krıxovyak vurub. 78-ci dəqiqədə Vladislav İqnatyev qırmızı vərəqə alıb. Lakin "Krılya Sovetov" say üstünlüyündən yararlana bilməyib.

Bu qələbədən sonra xallarını 5-ə çatdıran "Lokomotiv" 8-ci pilləyə yüksəlib. 4 xala malik "Krılya Sovetov" isə 12-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə