Bu gün Topaz Premyer Liqasının ikinci turunun maraqla gözlənilən mərkəzi oyununda "Qəbələ" və "Neftçi" üz-üzə gəlib. "Dalğa Arena"da keçirilib. Baş hakim Rəhim Həsənovun idarə etdiyi qarşılaşma "Neftçi"nin qələbəsi ilə başa çatıb (2:1). Paytaxt komandası bu mövsüm çempionatda ikinci qələbəsini qazanıb.

Qeyd edək ki, bu rəqiblər indiyədək ölkə çempionatında 40 dəfə üz-üzə gəlib. Matçların 17-də "Neftçi", 15-də isə "Qəbələ" qələbə qazanıb, 8 qarşılaşma isə heç-heçə yekunlaşıb.

"Neftçi" növbəti oyununu səfərdə "Qarabağ"a qarşı keçirəcək. "Qəbələ" isə eyniadlı şəhər stadionunda "Sumqayıt"ı qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə