Messi "Barselona"nın yeni kapitanı oldu

"Barselona"nın yeni kapitanı müəyyənləşib. Katalon klubunun saytında yer alan xəbərə görə, Andres İnyestanın komandadan gedişindən sonra kapitanlıq sarğısı Lionel Messiyə verilib. Argentina millisinin də kapitanı olan 31 yaşlı hücumçu bunadək Kataloniya klubunda vitse-kapitan idi. Hazırda isə vitse-kapitanlar Serxio Butskes, Jerar Pike və Serxi Robertodur.

Qeyd edək ki, 16 yaşında "Barselona"ya cəlb edilən Messi 2005-ci ildən əsas komandada çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...