"Sumqayıt" Qətər klubuna qarşı

2018/2019 mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda ilk yoxlama matçına çıxacaq. SİA-nın məlumatına görə, Nazim Süleymanovun rəhbərlik etdiyi komanda bu gün Qətər təmsilçisi "Əl-Şəhaniyə" ilə üz-üzə gələcək.

Qarşılaşma Kızılcahamamda yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start götürəcək.

Yoxlama oyunu

19 iyul

18.00 Sumqayıt - Əl-Şəhaniyə (Qətər)

Bütün xəbərlər Facebook səhifəmizdə