Nigeriya ilə oyunda futbolçuları Messi seçəcək?

Argentina millisinin DÇ-2018-in üçüncü turunda Nigeriya yığmasına qarşı heyətini baş məşqçi Xorxe Sampaolinin yox, oyunçuların müəyyənləşdirəcəyi iddia edilib. Qol.az-ın "Daily Mail"ə istinadən yaydığı xəbərə görə, bu iddia altında Argentina yığması ilə DÇ-1986-nın qalibi olan Rikardo Custi çıxış edib. O, yığmanın meneceri Xorxe Burruqaço ilə görüşdən sonra bu barədə bildirib: "Oyunçular necə oynamaq istədiklərini özləri seçəcək. Xorxe Sampaoli ehtiyat oyunçular skamyasında oturmaq istəsə, bunu edə bilər. Əgər olmasa, o da problem olmayacaq".

Heyəti komandanın liderləri Lionel Messi və Xavyer Maskeranonun müəyyənləşdirəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...