"Qəbələ" və Lüksemburqun "Proqres" komandaları arasında iyulun 19-da keçiriləcək cavab görüşünün keçiriləcəyi stadion və başlama saatı açıqlanıb. UEFA-nın rəsmi saytında istinadən verdiyi məlumata görə, qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. Oyun Differdanj şəhərindəki Municipial" stadionunda təşkil olunacaq.
Qeyd edək ki, ilk matç iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə