Messinin anası: "Oğlum tənqidlərə görə ağlayır”

Argentina millisinin hücumçusu Lionel Messinin anası Seliya Kuççittini “El Trece”yə müsahibə verib. Kuççittini Messinin, ünvanına səslənən tənqidlərə görə əziyyət çəkdiyini, hətta ağladığını qeyd edib. “Onun turnirdən gözləntiləri böyükdü. Leonun xəyalı dünya çempionatını qazanmaqdı. Ailəmiz onu dəstəkləyir. Messi, həmçinin komanda yoldaşları çempion olmaq, ölkəmizə titul qazandırmaq istəyirlər. Tənqidlərə görə çox əziyyət çəkirik. Messinin, üzərinə düşən məsuliyyəti dərk etmədiyini deyirlər. Bu, doğru deyil. Kaş onlar da Leoya bizim nəzər nöqtəmizdən baxa bilərdilər. O, həqiqətən də əziyyət çəkir, hətta ağlayır. Tənqidlər həm onu, həm də bizi incidir” – deyə, o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə