"Onu dünya çempionatından it kimi qovdular"

Uruqvay millisinin üzvü Dieqo Qodin komanda yoldaşı Luis Suaresin DÇ-2014-də İtaliya millisinin üzvü Corcio Kyellinini dişlədiyi üçün 9 oyunluq diskvalifikasiya olunmasına münasibət bildirib. “The Guardian” nəşrinn yazdığına görə, təcrübəli futbolçu bu cəzanın siyasi qərar olduğunu söyləyib: “Suaresin səhv etmədiyini demək istəməzdim. O, özü də bunu boynuna aldı. Ancaq uruqvaylıların bir çoxu və ədalətli insanlar kimi mən də hesab edirəm ki, Luisə qarşı çox böyük haqsızlıq edildi. Futbolçuya hücum çəkdiyin üçün sən maksimum 4 oyunluq cəza ala bilərsən. Onu isə dünya çempionatından it kimi qovdular. Suares Amerika Kubokunda da iştirak edə bilmədi. Cəza ədalətsiz və həddindən artıq ağır oldu. İnsanlar futbolda baş verən hadisələrdən xəbərsizdir. Bir çox qərarlar siyasidir və müəyyən kabinetlərdə qəbul olunur. Əminəm ki, Suareslə bağlı da belə bir şey baş verdi”.

Qeyd edək ki, DÇ-2014-ün İtaliya ilə matçında Kyellinini dişləyən Suares 4 ay müddətinə futboldan kənarlaşdırılmışdı. Ona eyni zamanda 100 min İsveçrə frankı cərimə kəsilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...