AXC-nin 100 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib - FOTOLAR

Bayıl stadionunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib. SİA-nın məlumatına görə, oyunda futbol veteranlarından ibarət “Təcrübə” komandası ilə futbol ictimaiyyətinin nümayəndələrindən təşkil olunmuş “Futbol funksionerləri” komandası qarşılaşıb.

Görüş 4:4 hesabı ilə başa çatıb. “Təcrübə” komandasının üzvləri Kənan Kərimov və Musa Qurbanov dubl ediblər. “Futbol funksionerləri” komandasının heyətində isə Zaur Hacı-Məhərrəmov, Rəşad Sadıqov, Yunis Hüseynov və Bəxtiyar Osmanov fərqləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə