Stiven Cerard "Qəbələ"də oynamış futbolçuya "yox" dedi

Mövsümün ilk yarısını icarə əsasında "Qəbələ"də keçirmiş Endi Hallideyin "Reyncers"dəki gələcəyinə aydınlıq gəlib. Şotlandiya mətbuatı yazır ki, komandanın yeni baş məşqçisi Stiven Cerard 26 yaşlı futbolçudan imtina edib. Qlazqo təmsilçisi ilə hələ 2 illik müqaviləsi olan yarımmüdafiəçiyə özünə yeni klub tapması tapşırılıb.

Qeyd edək ki, Hallideyin Şotlandiyanın digər klubu "Hibernians"a keçəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə