Bakı trasında və DRS zonasında yeniliklər

Bu il F1 Azərbaycan Qran-Prisi ərəfəsində Beynəlxalq Avtomobil Federasiyası (FIA) ötən illə müqayisədə Bakı trasında yeniliklərlə bağlı məlumat verib və iki müstəqil DRS zonasının yerini təsdiq edib. SİA-nın məlumatına görə, trasda yenilənmələr çox deyil. Səkkizinci döngədəki apeksdə porebrik dəyişdirilib. Ötən il pilotlardan bununla bağlı şikayətlər daxil olduğundan, onu tamamlamaq lazım gəlib.

DRS zonalarında dəyişiklik olmayıb. Pilotlar iki müstəqil DRS zonasında arxa əks-qanadın idarəetmə elementinin vəziyyətini dəyişə biləcəklər.

DRS zonalarından biri Neftçilər prospektindəki düz uzun yoldadır. Maşınlar arasında intervalın ölçmə nöqtəsi 20-ci döngənin apeksində yerləşir. Sistemi 347 metrdən sonra fəallaşdırmaq mümkündür. Digər DRS zonasının ölçmə nöqtəsi təhlükəsizlik maşınının ikinci xətti ilə üst-üstə düşür. Sistemdən ikinci döngədən 52 metr keçəndən sonra istifadə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə