"Liverpul"un futbolçusu mövsümü erkən başa vuracaq

Çempionlar Liqasının yarımfinalının "Roma" ilə ilk oyununda zədələnən "Liverpul"un futbolçusu Oksleyd Çemberleynin durumu ciddidir. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, dizindən zədə alan ingiltərəli yarımmüdafiəçi mövsümü erkən başa vurub.
Komandanın baş məşqçisi Yurgen Klopp da futbolçunun zədəsinin ciddi olduğunu açıqlayıb. Qeyd edək ki, görüşün 18-ci dəqiqəsində zədələnən Çemberleyn Veynaldumla əvəzlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə