“Mançester Yunayted”dən Mourinyoya dəstək

“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Joze Mourinyonun yayda verəcəyi radikal qərarları dəstəkləyir. Apasport.az saytının “Telegraph”a istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis hətta Pol Poqbanın komandadan ayrılmasını istəsə belə, klub buna qarşı çıxmayacaq.

Baş məşqçi ilə Poqbanın münasibətləri qaydasında deyil. Yarımmüdafiəçinin “Vest Bromviç”lə matçda ortaya qoyduğu oyun çalışdırıcını daha da qəzəbləndirib.

Rəhbərlik Mourinyonun başçılığı altında komandanın irəlilədiyi qənaətindədi. Bununla yanaşı, portuqaliyalının müdafiə futbolu oynatması da onlar üçün problem yaratmır. Yetər ki, növbəti mövsüm uğur qazanılsın. Əks təqdirdə, 2018-19 mövsümü Mourinyo üçün sonuncu ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə