İki düşmən dövlətin nazirləri görüşüblər

ABŞ, Şimali Koreya və Cənubi Koreya rəsmilərinin Helsinkidə başlayan üçtərəfli danışıqlarında Şimali Koreyanın nüvə silahından imtina etməsi ilə bağlı məsələlər gündəmə gətirilməyib. Axar.az xəbər verir ki, bu sözləri Finlandiyanın Xarici İşlər naziri Timo Soini deyib. O bildirib ki, bu görüşlərə “Trek 1.5 diplomatiyası” deyilir:

“Finlandiya bu görüşdə vasitəçi rolunu oynayır. Ancaq “Trek 1.5 diplomatiyası”ndan bəhs etdiyimiz üçün burada nüvə silahları ilə bağlı məsələlərin gündəmə gətirilməyəcəyini düşünürəm”.

Qeyd edək ki, bu gün Şimali Koreya, Cənubi Koreya və ABŞ diplomatları Helsinkidə görüşü başlayıb. Sabah başa çatacağı gözlənilən görüşdə diplomatlar Şimali Koreya və Cənubi Koreya liderlərinin apreldə baş tutması planlaşdırılan zirvə görüşü, həmçinin Şimali Koreya lideri Kim Çen ilə ABŞ Prezidenti Donald Trampın arasında planlaşdırılan görüş haqqında müzakirələr aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə