“Çelsi” İngiltərə kubokunun yarımfinalında!

Futbol üzrə İngiltərə kubokunda 1/4 finala yekun vurulub. Bu mərhələnin son matçında “Lester” öz meydanında “Çelsi”ni qəbul edib. Qarşılaşmanın əsas vaxtında qalib aşkarlanmayıb - 1:1.

Əlavə vaxtda daha bir qol vuran Antonio Kontenin komandası adını növbəti mərhələyə yazdırıb.

“Lester” - “Çelsi” 1:2
Qollar:
Morata, 42 (0:1), Vardi, 76 (1:1), Pedro, 105 (1:2)

Qeyd edək ki, buna qədər “Tottenhem”, “Mançester Yunayted” və “Sautgempton” yarımfinala yüksəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə