Dəniz Yılmazın komandası qələbə qazanıb

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” Türkiyə Super Liqasının 22-ci turunda doğma meydanda “Göztəpə” ilə üz-üzə gəlib və bu oyundan qələbə ilə ayrılıb - 3:0. SİA-nın məlumatına görə, Dəniz bu oyunun iştirakçısı olmayıb. O, görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 25 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə