"Sabah" növbəti transferini reallaşdırıb

"Sabah" futbol klubu qış fasiləsində növbəti transferini reallaşdırıb. SİA-nın məlumatına görə, komanda vaxtilə U-21 millisinə dəvət alan Qvanzan Maqomedovla mövsümün sonuna kimi müqavilə imzalayıb.

Peşəkar karyerasına Rusiyanın "Krılya Sovetov" klubunda başlayan Q.Maqomedov "Şahdağ", "Zirə", "Bakı", AZAL və "Səbail" klublarında forma geyinib. Futbolçunun sonuncu klubu Rusiyanın ikinci liqasında mübarizə aparan "Znamya Truda" komandası olub.

Bütün xəbərlər Facebook səhifəmizdə