Bu gün ölkə Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq

Bu gün keçiriləcək 2 qarşılaşma ilə futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq. SİA-nın məlumatına görə, yarımfinala vəsiqə uğrunda günün ilk matçı "Bayıl Arena"da baş tutacaq. İlk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan "Səbail" "Qəbələ"ni qəbul edəcək. Görüş saat 16:00-da start götürəcək.

Günün ikinci oyunu isə Sumqayıtda keçiriləcək. Şəhərin eyniadlı komandası Kkubokun son qalibi olan "Qarabağ"ı qəbul edəcək. "Kapital Bank" arenada baş tutacaq matçın start fiti saat 19:00-da səslənəcək.

5 dekabr (cümə)

16:00.“Səbail” – “Qəbələ”
İlk oyun: 0:1
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev
“Bayıl Arena”

19:00.“Sumqayıt” – “Qarabağ”
İlk oyun:
1:2
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
“Kapital Bank Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə