İndoneziyalı liderdən Qüds çağırışı: "ABŞ-a müharibə elan edilməlidir"

"Fələstin torpaqlarını qəsb edən İsrailə dəstək verdiyi üçün ABŞ-a müharibə elan edilməlidir." Axar.az xəbər verir ki, bu sözləri İndoneziyanın Ənsar əş-Şəria Camaatının lideri Yudo Ratmiko deyib. “Təcili ABŞ-a qarşı hərəkətə keçməliyik. Qüdsün İsrailə aid olması ilə bağlı hüquqi sənəd mövcud deyil. Lakin Tramp Qüdsü İsrailin paytaxtı elan edir. Bu səbəbdən əhvala uyğun hərəkət edən İsrail və ABŞ-a savaş elan edilməlidir”, - Ratmiko bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə