FİFA Nigeriya millisinə texniki məğlubiyyət verib

FİFA DÇ-2018-ə vəsiqə qazanan Nigeriya millisinə texniki məğlubiyyət verib. FİFA-nın rəsmi saytında yer alan xəbərə görə, buna səbəb yığmanın DÇ-2018-in seçmə mərhələsinin son oyununda cəzalı durumda olan futbolçudan istifadə etməsi olub.
Əlcəzairlə oyunda cəzalı Abdullay Şekunun meydana çıxması texniki məğlubiyyətlə nəticələnib. Lakin 0:3 hesablı məğlubiyyətin verilməsi Nigeriya millisinin turnir cədvəlindəki mövqeyini dəyişməyib və komandanın DÇ-2018-də içtirakına əngəl yaranmayıb.

Qeyd edək ki, Nigeriya gələn il Rusiyada keçiriləcək mundialda Xorvatiya, İslandiya və Argentina ilə bir qrupda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə