"Çelsi"nin futbolçusu zədələnib

"Çelsi"nin futbolçusu Alvaro Morata zədələnib. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, onun İngiltərə Premyer Liqasının 16-cı turunda "Vest Hem"ə qarşı matçda kürəyindən zədə aldığı bildirilib. Bu səbəbdən ispan oyunçunun ölkə çempionatının növbəti turunda "Haddersfild"lə görüşü buraxacağı vurğulanıb.

Qeyd edək ki, "Haddersfild" - "Çelsi" görüşü sanbah keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə