"Neftçi"də yeni fiziki hazırlıq üzrə məşqçi

"Neftçi” PFK-ya fiziki hazırlıq üzrə məşqçi təyinatı olub. SİA-nın məlumatına görə, bu vəzifəni ukraynalı mütəxəssis Dmitro Qolovko yerinə yetirəcək. 37 yaşlı məşqçi ilə mövsümün sonunadək müqavilə bağlanıb.

Dmitro Qolovko bunadək Ukraynanın "Dinamo” (Kiyev), "Krivbass”, "Karpatı”, "Volın”, "Çernomorets”, Rusiyanın "Volqa” klublarında və 2009-cu ildə gənclər arasında Avropa çempionu olmuş Ukraynanın U-19 milli komandasında çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə