Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın "Roma" ilə səfər matçını stadiondan izləmək istəyənlər sabahdan etibarən oyunun biletlərini ala bilərlər. Bu barədə xəbəri Ağdam klubunun rəsmi saytı yayıb. Biletləri klubun bazasından əldə etmək mümkündür (həftə içi hər gün, saat 10:00-dan saat 18:00-a qədər). Biletləri almaq üçün xarici pasport tələb olunur. Yalnız bilet satışıyla bağlı əlavə məlumat üçün: (055) 400-49-18

Qeyd edək ki, ödənişlər yalnız avro ilə həyata keçirilir. Bir biletin qiyməti 40 avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə