Antuan Qrizmann: "Atletiko"nu tərk etməyi planlaşdırmıram"

"Atletiko"nun futbolçusu Antuan Qrizmann Madrid təmsilçisini qışda tərk edəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib. SİA-nın məlumatına görə, fransalı hücumçu klubdan ayrılmayacağını deyib: "Qışda "Atletiko"nu tərk etməyi planlaşdırmıram. Bundan başqa, qışdan Dieqo Kosta və Vitolo komanda üçün oynayacaqlar. Biz mümkün qədər "Atletiko"nun daha yüksək yerlərə çatmasına nail olmalıyıq. Klub prezidenti ilə başqa kluba keçidimlə bağlı heç bir müzakirə aparmamışam".

Qeyd edək ki, "Real"ın A.Qrizmannın transferi üçün "Atletiko" ilə ilkin razılığa gəldiyi iddia olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə