“Atletiko”nun futbolçuları Bakıya gəliblər

İspaniyanın “Atletiko” futbol klubunun futbolçuları Bakıya gəliblər. Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ”la qarşılaşacaq Madrid klubu artıq paytaxtımızdadır.
Hava limanında "Atletiko"nun üzvlərini azsaylı azarkeşlər qarşılayıb. Fanatlarla şəkil çəkdirən komanda üzvləri aeroportdan birbaşa məskunlaşacaqları otelə yollanıblar.

Qeyd edək ki, "Qarabağ" - "Atletiko" görüşü oktyabrın 18-i saat 20:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə