17 yaşlılardan ibarət milli komandamızın üzvü Mutlu Aksu Doğan karyerasını "Qalatasaray"da davam etdirəcək.SİA-nın məlumatına görə, İstanbul nəhəngi 17 yaşlı yarımmüdafiəçini transfer edib.

Bu keçidə görə "sarı-qırmızılar" millimizin üzvünün klubu "Altınordu"ya təzminat ödəməyib. Əgər istedadlı futbolçu "Qalatasaray"dan başqa kluba transfer olarsa, məbləğın 50 faizi İzmir klubuna ödəniləcək.

Gənc yarımmüdafiəçi ilk olaraq "cim-bom"un U-21 komandasının heyətində çıxış edəcək. Qış fasiləsindən sonra isə o, əsas komanda ilə məşq edəcək.

Qeyd edək ki, Mutlu Aksu Doğan 2016-cı ildə 17 yaşlılardan ibarət milli komandamızın heyətində Avropa çempionatının seçmə mərhələsində iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə