“Bavariya”nın ən yaxşı oyunçusunun adı məlum olub

“Bavariya”nın sentyabr ayındakı ən yaxşı oyunçusunun adı məlum olub. SİA-nın məlumatına görə, bu, Yoşua Kimmixdir. 22 yaşlı futbolçu azarkeşlər arasında keçirilmiş sorğuda qalib olub. O, səslərin 19,5 faizini toplayıb. İkinci yeri Robert Levandovski (16,9%), üçüncü yeri isə Xames Rodriges (9,0%) tutub.

Qeyd edək ki, Kimmix ötən ay Münhen klubunun heyətində 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

loading...