Konte: "Mənim üçün Dieqo Kosta mövzusu bağlanıb"

"Çelsi"nin futbolçusu Dieqo Kostanın yeni mövsüm London klubunda oynamayacağı dəqiqləşib. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi Antonio Konte məlumat verib. O bildirib ki, ispan hücumçunu hələ yanvar ayından satmaq qərarına gəlib: "Kostanın komandadakı taleyi hələ yanvardan aydın idi. Bu barədə həm ona, həm də agentinə bildirmişdim. Mənim üçün bu mövzu daha bağlanıb".

Qeyd edək ki, D.Kosta ilə "Atletiko"nun, "Beşiktaş"ın maraqlandığı iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə