Qusarda YAP-ın yaranmasının 27-ci ildönümü qeyd olunub

Bu gün Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatında partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, Qusar rayon təşkilatının sədri David İbramxəlilov YAP-ın yaranma tarixinə, keçdiyi şərəfli yola nəzər salaraq, əldə etdiyi möhtəşəm nailiyyətlərdən danışıb.

YAP-ın yaranma səbəblərinə və həmin dövrün ictimai-siyasi hadisələrinə nəzər yetirən rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi. YAP-ın yaradılmasının bir tarixi zərurət kimi meydana çıxdığını deyən D. İbramxəlilov qeyd edib ki, həmin ərəfədə Azərbaycanda xaos hökm sürürdü və dövlət büdcəsi talan olunmuşdu: «Ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq, ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyduğunu söylədi. Çətin, ağır bir zamanda yaradılan YAP Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafana öz töhfələrini verib. Yeni Azərbaycan Partiyası, iqtidarda olduğu müddətdə, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib və ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib".

Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının sədr müavini Nadirşah Şirinov, rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP rayon təşkilatının qadınlar şurasının sədr müavini Neva Abdurahmanova və rayon təşkilatının gənclər birliyinin sədr müavini Ayaz Abdullayev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi əvəzsiz xidmətlərdən bəhs etdilər.

Sonda YAP sıralarına yeni üzv olmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olundu.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...