“Vikipediya”da Milli Qəhrəman haqqında ingilis dilində məqalə yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələr yaradılması prosesi uğurla davam edir. MEK-dən AZƏRTAC-a bildirilib ki, “Vikipediya”da Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədov haqqında ingilis dilində məqalə yaradılıb. Məqalədə Milli qəhrəmanın həyatı və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilir.

Mərkəzin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda digər Milli qəhrəmanlarımız haqqında da məqalələr yaradılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...