"Pensiya sisteminin inkişafına dair qısa, orta və uzunmüddətli yol xəritələri hazırlanıb" - NAZİR

"Düşünürəm ki, Məşvərət Şurasının iclasının Azərbaycanda keçirliməsi, sədrliyin Azərbaycana ötürülməsi çox böyük önəm kəsb edir. Bilirisiniz ki, son bir il ərzində ölkə başçısının təşəbbüsü ilə Azərbaycanda məşğulluq və sosial müdafiə məsələlərində inqilabi islahat paketləri qəbul olunub. İslahatlar həyata keçirilən bir dövrdə məhz sosial məsələlər, məşğulluq və əmək üzrə MDB Məşvərət Şurasının da Azərbaycanda keçirilməsinin və sədrliyin Azərbaycana ötürülməsinin bir simvolik önəmi vardır". SİA-nın verdiyi məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açıqlamasında deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi xidmətlərin sayının durmadan artdığını deyən qurum rəhbəri ilin əvvəlində bu xidmətlərin sayının 126 xidmət olaraq başlandığını, hal-hazırda isə 132 xidmətə çatdığını bildirib: "Bu xidmətlərin hər biri üzrə onların sadələşdirilməsi, elektron və əlçatan olması ilə bağlı islahatlar aparılır və aparılmağa davam edəcək. Burada əsas ana xəttimiz ilk növbədə icra ilə bağlı olan çətinliklərin aradan qaldırılması, inzibati, burokratik posedurların sadələşdirilməsi və çərçivədə DOST agentliyi kimi vətəndaş-məmurtəmasında yeni bir konsepsiyanın təqdim olunmasıdır. Digər tərəfdən xidmətlərin maksimum elektronlaşdırılaraq proaktiv xidmətə keçirilməsi, yəni proaktiv xidmət dedikdə vətəndaşlarımızdan nəyinki yazılı, heç elektron müraciətin daxil olmasına da ehtiyyac qalmır. Onun hüququ dövlət tərəfindən tanınaraq bu hüquqları təmin olunur".

Sahil Babayev Pensiya sahəsində yol xəritəsi ilə bağlı danışarkən qeyd edib ki, biz aidiyyatı dövlət qurumlarının iştirakı ilə ilkin layihələri hazırlamışıq: "Beynəlxalq təşklatların əməkdaşlığı çərçivəsində Azərbaycanda pensiya sisteminin inkişafına dair qısa, orta və uzunmüddətli yol xəritələri hazırlanıb. Bilirsiniz ki, pensiya sistemi sığorta sistemidir və sığorta sistemi kimi müəyyən aktual hesablamalara demoqrafik göstəricilərə əsaslanır. Ona görə də müvafiq beynəlxalq təşkilatlarla xarici ekspertlərlə birgə biz Azərbaycanın 2025, 2030 və 2050-ci ilə qədər demoqrafik inkişafına dair proqnozları hazırlayırıq, bu proqnozlar üzərindən də pensiya sisteminin inkişafı planları hazırlanır".

Daha sonra nazir övladlığa götürmə ilə bağlı danışarkən bu məsələ ilə bağlı hazırlıq işləri aparıldığını deyib: “Noyabr ayının 1-dən etibarən övladlığa götürmə sahəsində fəaliyyətini əlaqələndirilməsi, müraciətlərin qəbul edilməsi və ümumilikldə müvafiq bazanın formalaşdırılması üçün elektron sistem istifadəyə veriləcək. Eyni zamanda aidiyyatı qanunverici dəyişiklikləri də Milli Məclisə təqdim olunub. Yaxın günlərdə onun plenar iclasda qəbul edilməsi gözlənilir. Bütün bu hazırlıq işləri bitdikdən sonra noyabr ayının 1-dən etibarən övladlığa götürmə üçün meraciətlər həm DOST Mərkəzində, həm də elektron platforma üzərindən qəbul ediləcəkdir və bu zaman ümumiyyətlə övladlığa götürmə prosedurlarının adminstrativ prosedurları tam şəkildə yenidən qurulub və beynəlxalq təcrübəyə uyğunlaşdırılıb".

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...