Həyasızlığın Əli Kərimli nümunəsi

BŞBPİ: "Hər iki şəxs piketdən əvvəl törətdikləri əməllərinə görə saxlanılıb"

Qondarma qurum olan "Milli Şura" razılaşdırılmış piket qaydalarını pozaraq, oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında qanunsuz yürüşə cəhd etdi. Bir qrup əvvəlcədən təxribatlar törətmək, polislə qarşıdurma yaratmağı planlaşdırmış AXCP üzvü xuliqanlıq hərəkətləri ilə asayişi pozmağa cəhd götərdi. Hələ aksiya öncəsi, təxribatın təşkilatçılarından olan AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə məram və məqsədlərini anlamayan insanları piketə qoşulmağa və şəhərin mərkəzində itaətsizlik mühiti və hətta mümkün olacağı təqdirdə, qarşıdurma yaratmağa çağırmışdı. Bu isə, bir daha təsdiq etdi ki, "Milli Şura" təsisçilərinin niyyəti və məqsədləri heç də, sakit aksiya keçirmək deyil, yaradılmış imkandan istifadə edərək, öz məkrli niyyətlərini reallaşdırmaqdır. Bunu təsdiq edən daha bir tutarlı arqument isə təxribatçı qrupun təyin olunmuş yerdə deyil, fərqli, əvvəlcədən planlaşdırdıqları yerlərdə aksiyalar keçirməyə cəhd göstərdilər. Bu isə, bir daha onu göstərir ki, onların əsas məkrli planları yaradılmış imkandan istifadə edərək, öz məkrli niyyətlərini reallaşdırmaq, polislə qarşıdurma yaratmaqdır. Diqqətçəkən məqamlardan biri də, ondan ibarət oldu ki, aksiya çağırışı edən, sosial şəbəkələrdə bar-bar bağıran Cəmil Həsənli, Ə.Kərimli və digərləri piketçilər arasında görünmədilər. Sonradan məlum oldu ki, onlar qaçıb, sakit bir yerdə gizləniblər. Bununla yanaşı, Ə.Kərimlinin 50 nəfərlə "inqilab" etmək cəhdi AXCP və "Milli Şura" adlı qurumun miskin durumunu, verilən populist bəyanatlarının arxasında, heç bir real güc olmadığını açıq şəkildə nümayiş etdirdi. Ancaq bütün cəhdlər və məkrli planlara baxmayaraq, ictimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin və aksiya iştirakçılarının hüquqazidd əməllərinin qarşısı alındı.

"Milli Şura"nın 50 nəfərlə şou yaratmaq cəhdi baş tutmadı

Araşdırma zamanı məlum oldu ki, küçəyə çıxıb, nalayiq hərəkətlər edən, söyüş söyən, təxribatlar törətmə çalışan "Milli Şura" üzvlərinin bəziləri, bilavasitə Ə.Kərimli tərəfindən öyrədilmiş və təlimat almış şəxslərdir. Amma yenə də, şər və böhtan kamapaniyasının aparıcı ideoloqları olan Ə.Kərimli və C.Həsənli hay-küy qaldıraraq, həbs edilənlərin bəzilərinin piket iştirakçısı olmaları səbəbindən, həbs olunduqlarını bildiriblər. Bakı Şəhər Baş Polis İdarəsi isə, yaydığı məlumatda bu cür informasiyaların əsasız olduğunu qeyd edib. "AXCP üzvlərinin - Elxan Əliyev və Zamin Salayevin piket iştirakçısı kimi saxlanılaraq, 15 sutka həbs edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən bildirilib. Məlumata görə, hər iki şəxs piketdən əvvəl törətdikləri əməllərinə görə saxlanılıb: "Oktyabrın 8-də saat 01:50 radələrində Nərimanov rayonunda taksi kimi fəaliyyət göstərən "Ravon" markalı avtomaşın yol hərəkəti qaydalarını pozduğuna görə, yol polisi tərəfindən saxlanılıb. Yoxlama zamanı həmin avtomaşında sərnişin qismində olan - əvəllər CM-in 221.2.2-ci maddəsilə (xuliqanlıq) məhkum olunan Zamin Salayev və əvəllər CM-in 178.2.4-cü maddəsilə (dələduzluq) məhkum olunan Elxan Əliyev polisin fəaliyyətinə müdaxilə etməklə, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq, mübahisəli vəziyyət yaratdıqlarına görə, Nərimanov RPİ 16-cı Polis Bölməsinə gətirilib. Əvvəllər məhkum olunan hər iki şəxs barəsində toplanmış materiallar əsasında İXM-in 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə Elxan Əliyev və Zamin Salayevə 15 sutka inzibati həbs verilib. Onların siyasi mənsubiyyətinə, yaxud razılaşdırılan piketdə iştiraklarına görə polis tərəfindən saxlanılması ilə bağlı irəli sürülən iddialar əsassızdır".

Bir sözlə, araşdırmalar və rəsmi qurumun açıqladığı məlumat, bir daha təsdiq edir ki, "Milli Şura" rəhbərliyi, xüsusi ilə də, Ə.Kərimli və C.Həsənli küçədə pozuculuğa cəhdlər göstərməklə kifayətlənməyib, sosial şəbəkələrdə, xarici maraqlı dairələrin maddi və mənəvi dəstəyi ilə yayımlanan "interrnet" TV-lərə verdikləri açıqlamalarında öz bəd əməllərinə don geyindirməyə çalışırlar. Bu isə həyasızlıqdan başqa bir şey deyil.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...