Əli Kərimlinin "kliçka"sı ömürlük alnına vurulub

Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, dağıdıcı müxalifətin tör-töküntülərindən ibarət olan AXCP və Müsavat kimi partiyaların üzdəniraq liderləri diqqət mərkəzinə çevrilmək üçün müxtəlif iyrənc vasitə və üsüllardan istifadə edirlər. Həm də, bu vasitələri xarici maraqlı dairələrin tələb və göstərişlərinə uyğun həyata keçirilər.

Burada diqqətçəkən məqam ondan ibarətdir ki, iyrənc fəaliyyətləri ilə cəmiyyətin ittiham və qınaq obyekti olan dağıdıcı müxalif ünsürlər, əgər bir neçə il öncə, keçirilən seçkilər öncəsi şoular və məzhəkələr qurmaqla diqqət mərkəzinə çevrilməyə çalışırdısa, indi kurslarını və istiqamətlərini dəyişərək, hər zaman müxtəlif pozucu xarakterli şoular qurmağa çalışırlar. Bu isə onu göstərir ki, müxtəlif hoqqalarla varlığını sübut etməyə çalışan Ə.Kərimli, A.Hacılı, İ.Qəmbər, C.Həsənli və digərləri xarici məkrli qüvvələrdən sərt göstəriş alıblar. Elə bir göstəriş ki, onu təxirə salmaq və ya müzakirə mövzusuna çevirmək qeyri-mümkündür. Əks- halda maliyyə yardımları kəsilə bilər. Digər tərəfdən, mənəvi dəstəkdən, xüsusilə də, müxtəlif qaranlıq dairələrdə lobbiçilikdən məhrum oluna bilərlər. Bu isə, müxalifət üçün siyasi intihara bərabərdir.

Nəzərə almaq lazımdır ki, müxalifət xarici ölkələrdə baş verən istənilən dəyişiklikdən yaralanmağa və təcrübə əldə etməklə, fəaliyyət istiqamətlərində istifadə etməyə çalışırlar. Bunu biz Gürcüstan, Ukrayna, Qırğızıstan və bəzi ərəb ölkələrində baş verən rəngli aksiyalar zamanı Azərbaycan müxalifətinin həvəsə küçələrə çıxaraq, hay-küy qaldırmağa cəhd etmələrində görmüşük. Ancaq əqidə dostları Rəsul Quliyev demişkən, bu "badbaxtlar" yanılırlar. Çünki müxalifət təmsilçilərinin dünyada baş verən hadisələrdən, ayrı-ayrı dövlətlərdəki idarəetmə barədə təsəvvürləri yoxdur. Belə olmasaydı, ərəb dövlətlərində baş verənlərin Azərbaycanda da təkrarlanacağını iddia etməzdilər. Bu gün ən savadsız və zəif dünyagörüşünə malik insan belə, Azərbaycanla həmin ölkələr arasında heç bir istiqamət üzrə eyniləşdirmə aparmaq mümkün deyil. Azərbaycan dünyanın əksər ölkələri ilə müqayisədə daha demokratik, insan hüquq və azadlıqlarının müdafiəsində, əhalinin sosial-iqtisadi tələbatlarının ödənilməsində daha geniş imkanlara və şəraitə malikdir. Qısası, möhkəm əsaslara malik ictimai-siyasi sabitlik fonunda, sıx iqtidar-xalq birliyi mövcuddur. Ona görə də, müxalifətin qara-qışqırıq salması, mini-aksiyalar keçirməsi, sosial şəbəkələrdə şər və böhtan kampaniyasından geniş surətdə istifadə etməklə, ümid və arzuları nəticəsiz qalacaq.

Əli Kərimli anti-Azərbaycan şəbəkənin qarşısında diz çöküb

Müxalifət partiya sədrlərinin cəmiyyətdə dəstəyi olmadığı kimi, düşərgə daxilində də, mövqe sahibi deyillər. Hətta elə partiya sədrləri var ki, rəhbərlik etdikləri partiyalarda qəbul olunmurlar. Misal kimi, Müsavat və AXCP- də cərəyan edən hadisələri göstərmək olar. 2016-cı ildə Müsavatda baş verən başqan dəyişikliyindən sonra əksər müsavatçılar Arif Hacılını başqan kimi qəbul etmədikdə, onunla yollarını ayırdılar. Bu gün də, qopma prosesi davam etməkdədir. Daha doğrusu, son iki ay ərzidə 200-ə yaxın sıravi müsavatçı A.Hacılının başqan kimi yararsız olduğunu əsas gətirərək, partiya sıralarından istefa veriblər. Eyni acınacaqlı proses AXCP sıralarında da davam etməkdədir. Ə.Kərimlinin səhv, yanlış siyasəti AXCP daxilində ciddi ixtilaflara yol açıb. Bununla yanaşı, Ə.Kərimlinin ermənipərəs qüvvələr qarşısında diz çökərək, maddi maraq xatirinə ölkəmizin imicinə zərbə vurmağa çalışmaları konstruktiv siyasətə meyilli cəbhəçilər arasında ciddi narazılıqlara səbəb olub. ASDP sədri Araz Əlizadənin sözlərinə görə, Əli Kərimlinin satqın və xəyanətkar olması, nəinki AXCP-nin sıradan çıxmasına, eləcə də, ümumilkdə, müxalifət düşərgəsinə ciddi zərbədir: " AXCP tarixində Əli Kərimli qədər pozuçuluq fəaliyyəti, Əli Kərimli qədər Elçibəy əleyhinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci bir adam olmayıb.

Bu, faktdır, tarixdir. Bu, mənim şəxsi mövqeyim deyil. Bu, Əli Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır". Bir sözlə, Ə.Kərimlinin "kliçka"sı alnındadır, bu damğanı silmək və ya təmizləmək mümkünsüdür. A.Əlizadənin qeyd etdiyi kimi, ümumi müxalifətin qara günə qalmasının başlıca günahkarı Ə.Kərimlinin və A.Hacılının yarıtmaz siyasət aparmalarıdır. Yəni sözügedən şəxslər müxalifət üçün də baş ağrısına çevrilib. "AXH", "DDM", "Milli Şura" və bu kimi digər qurumlarda təmsil oluna müxalif partiya sədrləri bir-birinin ünvanına ittihamlar yağdırmaq, bununla da, hər biri özünü daha layiqli lider, aparıcı partiya təmsilçisi kimi sərgilməyə çalışırlar. Ancaq görünən odur ki, iddialar reallığa çevrilmir. Bütün cəhdlərə baxmayaraq, müxalif düşərgə parçalanmış bir vəziyyətdədir. Müxalifətin birləşə və formalaşa bilməməsi, söz yox ki, müxalifət liderlərinin yarıtmaz siyasət aprmaları ilə bağlıdır. Digər amil isə, Müsavat-AXCP qarşıdurmasıdır. Bu iki partiyanın yarandıqları dönəmdən bu günə qədər bir-birlərinə təpik atmaları, irəli sürdükləri təklif və ideyaları məsxərəyə qoyaraq, rədd etmələri müxalifətin normal fəaliyyət göstəməsinə zərbə olub. Bu zərbə elə sarsıdıcıdır ki, onun sağalması mümükünsüz məsləyə çevrilib.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...