İstanbulda Çeçenistanın turizm informasiya mərkəzi açılıb

Türkiyənin İstanbul şəhərində Çeçenistan Respublikasının “Visit Chechnya” adlı turizm informasiya mərkəzi açılıb. SİA TASS agentliyinə istinadən xəbər verir ki, mərkəzin açılmasında məqsəd türk turistlərinin bu ölkəyə cəlb olunmasıdır.

Turizm informasiya mərkəzində turistlər ölkə ilə bağlı, eyni zamanda onun görməli yerləri haqqında məlumat əldə edəcəklər.

Çeçenistan Respublikasının turizm naziri Msulim Baytaziyev bildirib ki, Türkiyə ilə Qroznı arasında birbaşa reys olduğuna görə buranı çoxlu türklər ziyarət edir. “Ancaq biz daha çox qonağın gəlişinə hazırıq”, -deyə nazir əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə