HDİM Şirvan şəhərində tədbir keçirib

17 avqust 2019-cu il də Hüquqi və Demokratik İslahatlar Mərkəzi Şirvan şəhərində "Ailə institutunun inkişafında maarifləndirmə tədbirlərinin rolu" layihəsi çərçivəsində "Sağlam ailə modelinin təbliğində məktəbin rolu» mövzusunsa dəyirmi masa keçirib. Şəhərin Mərkəzi kitabxanasında keçirilən tədbirdə dəyirmi masanı giriş sözü ilə açan layihənin rəhbəri, HDİM-in sədri İlham Əliyev Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə institutunun inkişafında maarifləndirmə tədbirlərinin rolu" layihəsi çərçivəsində görülən maarifləndirici tədbirlərdən danışıb.

İ.Əliyev ailələrin dağılmasında kənar təsirlərin, xüsusilə sosial şəbəkələrin böyük rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, valideynlər diqqətli olmalı, yeniyetmə və gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etməsinə çalışmalıdırlar.Ekspert qismində çıxış edən şərqşünas alim Teymur Quliyev qeyd edib ki, sağlam ailə modelini qoruyub saxlamaq istiqamətində çoxsaylı işlər görülür. İstər dövlət qurumları olsun, istər QHT-lər, istər media təbliğat xarakterli, maarifləndirici işlər həyata keçirirlər: "Sadəcə olaraq kütləvi mədəniyyət adlandıra biləcəyimiz, ailə modelinin və dəyərlərinin dağıdılmasına hesablanan təbliğat elə bir qlobal miqyas alıb ki, ona qarşı duruş gətirmək çox çətindir. Bu məsələdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı qurum olaraq üzərinə böyük iş düşür. Komitə ictimaiyyətin yaxından dəstəyi ilə gördüyü işlərin keyfiyyətini və sanbalını daha da artırmalıdır".

Tədbirdə çıxış edən hüquqşünas Xəyyam Abbasov, Şirvan şəhər icra hakimiyyətinin nümayəndəsi Adəm Hüseynov, müəlimə Xədicə Hacıyeva, məktəblilərdən Osman Xasiyev, Elçin Mütəllimov, Könül İbadova, müəllimə Zöhrə Rəhimova, veteran Əbil Əhmədov, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının monitorinq qrupunun üzvü Əli Mirzəyev, şəhər qeydiyyat şöbəsinin əməkdaşı Sevinc Həsənova, "İşıq" qəzetimim baş redaktoru, şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, şəhid anası İradə Atayeva və digərləri ailədaxili münaqişələrin yaranmasında sosial şəbəkələrin rolundan danışıblar. Bildiriblər ki, bu kimi halların aradan qaldırılması üçün valideyinlər məsuliyyətli olmalıdırlar.

Sonda dəyirmi masa iştirakçılarını və media nümayəndələrini maraqlandıran suallara cavab verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə