Lənkəranda “Ümumdünya Əhali Günü”nə həsr olunmuş konfrans keçirilib

11 iyul 2019-cu il tarixdə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), BMT-nin Əhali Fondu və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “11 iyul-Ümumdünya Əhali günü”nə həsr olunmuş konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Milli Məclisin deputatı-Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, BMT-nin Əhali Fondunun ölkə üzrə nümayəndəsi Fərid Babayev, Lənkəran, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayonlarının İcra hakimiyyəti başçılarının müavinləri, QHT nümayəndələri, rayonların təhsil və səhiyyə şöbələrinin müdirləri, Ağsaqqallar Şurasının üzvləri, “Qadın sahibkarlığının inkişafı assosiasiyası”nın nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

İlk öncə konfrans iştirakçıları Heydər Əliyev Xatirə parkına gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül-çiçək dəstələri düzüblər. Sonra konfrans Heydər Əliyev Mərkəzinin böyük zalında işinə başlayıb və Lənkəran ŞİH başçısının birinci müavini Möhübbət Babayev giriş sözü ilə konfransı açaraq iştirakçıları Lənkəran ŞİH başçısı adından salamlayıb.

Milli Məclisin deputatı-Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, BMT-nin Əhali Fondunun ölkə üzrə nümayəndəsi Fərid Babayev və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova “11 iyul –Ümumdünya Əhali günü” barədə məruzə etdikdən sonra çıxışlar olub.Məruzələrdə və çıxışlarda qeyd olunub ki, bütün dünyada qeyd olunan Ümumdünya Əhali günü 1989-cu ildə BMT-nin əhali problemlərininin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilat olan Əhali Fondu tərəfindən təsis olunub və bu günün keçirilməsində əsas məqsəd dünya əhalisi ilə bağlı məsələlər barədə məlumalılığı artırmaq, əhali artımı, əzaq qıtlığı və təhlükəsizliyi, içməli su təchizatı, ekologiya və iqlim dəşilikləri ilə bağlı çətinliklər, qlobal istiləşmə, məhəlli münaqişə və müharibələr, miqrasiya və məşğulluqla bağlı insanları narahat edən problemlərin həllinə xüsusi diqqətin yetirilməsi, ümumi inkişafa nail olmaqdan ötrü yolların müəyyənləşdirilməsidir.

Ümumdünya Əhali gününün 2005-ci ildən başlayaraq Azərbaycanda da geniş şəkildə qeyd olunduğu və yuxarıda göstərilən istiqamətlər üzrə dövlət səviyyəsində əməli işlərin görüldüyü diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...