“Anatolian Phoenix-2019” təlimləri sona çatıb - VİDEO

Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimləri sona çatıb. Təlimlərin bağlanış mərasimində Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akar və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler iştirak ediblər.

Türkiyə ordusunun rəhbərliyi təlimlərdə iştirak edən Azərbaycan heyəti ilə də görüşərək onlara sertifikatlar təqdim edib.
Qeyd edək ki, beynəlxalq təlimlərdə Azərbaycan Ordusunun 4 hərbi helikopteri və 60 yaxın şəxsi heyəti iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...