"Tələbələrarası intellekt olimpiadası"nın finalçıları məlum oldu

LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə "TƏLƏBƏLƏRARASI İNTELLEKT OLİMPİADASI" layihəsinin Final mərhələsinə yüksələn tələbələrin adı məlum olub.

Ümummilli Lider Heydər Əliyevin 96-cı il dönümünə və Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş olimpiadanın final mərhələsinə 450 nəfər vəsiqə qazanıb.

Layihənin reqlamentinə əsasən ilk turda bütün universitet tələbələri öz ali təhsil müəssisələrində biliklərini yoxlayıblar. 23 universitetdən 10254 nəfərdən fərdi şəkildə yarışaraq, 100 dəqiqə ərzində IQ, məntiq və dünyagörüşünə aid 50 sualı cavablandırıblar. Final mərhələsi fərqli reqlamentdə keçiriləcək. Fərdi yarışda onlar Azərbaycan tarixi, Uluöndər Heydər Əliyev həyat və fəaliyyəti, Azərbaycan Xalq Cümhüriyyəti tarixi , dünyagörüşə əsaslan açıq tipli sualları cavablandıracaqlar. Yekun mərhələ iyun ayının 1-də keçiriləcək. Layihənin mükaftalandırma mərasimi iyun ayının 15–də keçiriləcək.

Bildirək ki, Final turunda iştirak edən hər kəs LEAD Education tərəfindən magistratura, MİQ imtahanlarına hazırlıq və xarici dil kurslarının istənilən birindən 20-100% endirim qazanacaq. Final mərhələsində iştirak edən 100-dək tələbə layihənin sponsorları və tərəfdaşlarının təqdim etdiyi aşağıdakı hədiyyələrlə mükafatlandırılacaq:

- “Baku Elektroniks”dən Notebook, planşet, fotoaparat

- “İrşad Telekom”dan HONOR smartfonu və 20 ədəd HONOR band smart saatı

- “İSMA Bike”dan 2 ədəd İSMA Bike velosipedi

- “Bizon”-dan iştirak edən hər kəsə enerji içkiləri

- “Boranı” restoranlar şəbəkəsindən 10 ədəd 2 nəfərlik şam yeməyi

- “Nizami Kino Mərkəzi”ndən ən baxımlı filmlərə 20 ədəd bilet

- AAAF SPA mərkəzindən endirim kuponları

- Tanınmış brendərdən endirim kuponları

- və digər tərəfdaşlarımızdan çoxlu hədiyyələr...

Bütün xəbərlər Facebook səhifəmizdə