"Azərbaycan Diaspor Könüllüləri" proqramı təqdim olundu - TƏDBİR- FOTOLAR

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) "Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, Nizami adına Kino Mərkəzində keçirilib. Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə sonra Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov proqramın bütün dünyada Azərbaycan diaspor hərəkatının güclənməsində mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, proqrama, ümumilikdə, 609 gənc müraciət edib. Qeyd olunub ki, proqram davamlıdır və proqrama uyğun olaraq gənclər könüllülük fəaliyyəti, Azərbaycan diaspor hərəkatı, dünya azərbaycanlıları və s. haqqında ətraflı məlumat alacaqlar. Proqramda tam iştirak edən gənclərə Dövlət Komitəsinin sertifikatı veriləcək. "Bunlardan 95 faizi Bakıda, 3.5 faizi regionlarda, 1.5 faizi isə xaricdə yaşayan azərbaycanlı gənclərdir. Prezidentin bu yaxınlarda könüllülərlə bağlı ciddi tapşırığı olub və biz də hökumət üzvü olaraq bu istiqamətdə proqramın fəaliyyətinə başladıq. Burada istənilən azərbaycanlı gənc elektorn qaydada özü, arzusu və istəyi haqqında məlumatları ifadə edə biləcək. Əslində, biz gözləmirdik ki, bu qədər gənc maraq göstərsin. Elanın ikinci həftəsində 500-dən çox gənc bu proqrama qoşulmaq üçün müraciət edib. Bu gün də bizə müraciət edən könüllülərin əksəriyyəti ilə görüşürük. Diaspor fəaliyyəti və beynəlxalq əlaqələrə maraq göstərən gəncləri bir araya toplamaq istəyirik. Gənclərimizin işə qəbul zamanı könüllülük fəaliyyəti ilə məşğul olduğu nəzərə alınmalıdır. Hətta bu, "Gənclər haqqında" qanunda da öz əksini tapıb", - deyə Fuad Muradov əlavə edib.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycanda gənclərlə bağlı əlverişli mühit yaradılıb: "Bu gün könüllülük fəaliyyəti ilə məşğul olan gənclər gələcəkdə dövlət qulluqçusu kimi rahat şəkildə işləyə biləcək. Çünki könüllülük həm də təcrübə qazanmaq deməkdir". Milli Məclisin Gənclər və İdman Komitəsinin Sədri Ülvi Quliyev isə gənc könüllülərə idmanla məşğul olmağı tövsiyə edib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli gəncləri "ASAN xidmət"də könüllü fəaliyyət göstərməyə çağırıb.

Sonra Gənclər Fondunun Sədri Fərid Cəfərov və "Regional İnkişaf" İctimai Birliyinin Sədri Cəmil Əliyev çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə