Heydər Əliyev siyasətinə xidmət nümunəsi

Keçmiş SSRİ-nin süqutu, dağılması ərəfəsində ittifaq respublikalarında, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadısələr, torpaqlarımızın işğal edilməsi, kütləvi qırğınların, 20 Yanvar beynəlxalq cinayət hadisəsinin baş verməsi, hakimiyyətsizlik respublika ictimaiyyətini çox düşündürür və narahat edirdi. Belə bir gərgin şəraitdə xalq çıxış yolunu axtarırdı. Xalq çıxış yolunu öz lideri Heydər Əliyevi təkidlə hakimiyyətə gətirməkdə görürdü.

İctimaiyyətin fəal üzvləri hər bir yerdə olduğu kimi Tovuz rayonunda da onun hakimiyyətə qayıdığını geniş və əhatəli faktların, tarixi həqiqətlərin dili ilə təbliğ edirdilər. Belə şəxslərdən biri də Firdovsi Namazovdur. O, həmin illərdə, yəni 1989-90-cı illərdə Ə.Vəzirovun, A.Mütəllibovun, AXC fəallarının, Müsavat partiyası rəhbərlərinin, Heydər Əliyev in 1969-1987-ci illər fəaliyyətinə kölgə salmaq, xalqda ona olan inamı, etib arı heçə endirmək məqsədilə əllərində olan imkanlardan istifadə edərək ona qarşı apardıqları mən əvi repressiya, ləkə yaxma kompansiyasına cavab olaraq, heç nədən çəkinməyərək, qorxmayaraq, belə bir çətin vəziyətdə müdrik liderimizə qarşı aparılan qərəzli v ə məqsədli kompaniyaya qarşı mübarizənin önünüdə gedərək, onun geniş və əhatəli təbliğ edərək, onun xalqımız və dövlətimiz qarşısında tarixi əvəzsiz xidmətlərindən, dünyada, keçmiş SSRİ miqyasında böyük nüfüza və çəkiyə malik olmasını təbliğ və sübut edən sənədləri, foto şəkilləri nümayiş etdirməklə, respublikamızda hələ 1990-cı ildə ilk dəfə olaraq Heydər Əliyevin 1969-1990-cı illərdə mətbuat səhifələrində dərc olunmuş foto şəkillərdən, izahlı yazılardan, təbliğat xarakterli məlumatlardan ibarət “Heydər Əliyev” adlı kitab-albom hazırlamışdı. Həmin kitab həmin illərdə hakimiyyətdə olan ermənipərəst Ə.Vəzirovun, səriştəsiz, bacarıqsız Mütəllibovun, riyakar, anlaqsız, hakimiyyət hərisi və hərbi zorakı yolla sonradan hakimiyyəti zəbt edən AXC-Müsavat liderlərinin təxribatlarını, yalanlarını, uydurmalarını demək olar ki, heçə endirirdi.

YAP Tovuz rayon təşkilatında təlimatçı işləyən Firdovsi Namazovla bu barədə söhbət edərkən, o, səmimi qəlbdən, ürəkdən, böyük sevinc və fərəh hissi ilə qeyd etdi ki, tarixi əvəzsiz şəxsiyyət, uzaqgörən müdrik rəhbərimiz, Azərbaycan adlı şah əsərinin müəllifi və baş memarı Heydər Əliyev Allahın xalqımızın XX əsr tarixinə siyasi xadim, qurtuluş dahisi, xilaskarı olaraq, lideri, öndəri olaraq bəxş etdiyi yeganə bənzərsiz şəxsiyyətdir. Bu fikirlərin, düşüncələrin əsası məndə hələ mənim çox gənc yaşlarımdan, uşaq vaxtlarımdan formalaşmağa başlamışdır.

Firdovsi Namazov: - Təvazökarlıqdan uzaq da olsa, qeyd edim ki, mənim atam Bəylər Namazov da təhlükəsizlik orqanlarında uzun müddət işləmişdir. O, Heydər Əliyevin şəxsiyyəti, fəaliyyəti və təcrübəsi, müasir dövrümüz, milli kadrların hazırlanması istiqamətində gördüyü işlərdən, demokratik fikirli şair və yazıçılarımızı, qəhrəmanlarımızı qorumağından və s. işlərindən çox geniş bilgiyə malik idi. Yadımdadı, 1969-cı ilin 14 iyul plenumunda Heydər Əliyev I katib seçilərkən həmin vaxt atam mənə və qardaş bacılarıma, qohumlarımıza onun əvəzsiz xidmətləri barəsində söhbət etmişdi və bildirdi ki, “çox şükür olsun Allaha ki, Heydər Əliyev respublikada rəhbərliyə seçildi. Yoxsa Azərbaycan SSRİ hökumətində yuva salmış yırtıcı ermənilərin əli ilə çox ağır vəziyyətdə olan aqrar respublikaya çevriləcəkdir”. Və mən də atamın Heydər Əliyev barəsində hələ 1969-cu ildə söylədiyi qiymətli sözlərdən daha da ruhlanaraq, həmin illərdən onun şəkillərini toplamağa başladım, çıxışlarını oxuyurdum, özümdə arxiv şəklində saxlayırdım.

Belə bir əvəzsiz, qurucu, yaradıcı, xalqını, millətini sevən, Azərbaycanı 1970-1980-ci illərdə sənaye, mədəniyyət mərkəzinə çevirən, müasir müstəqil demokrtaik hüquqi dövlətimizin həmin illərdə qurub-yaradan tarixi şəxsiyyətə qarşı haqsızlığa cavab verməyə bilməzdim. Ona görə də belə bir addım atdım və özümü çox xoşbəxt hesab edirəm ki, respublikamızda ilk olaraq mən “Heydər Əliyev” adlı foto-albom izahlı kitabı 1990-cı ildə yaratmışam, tərtib etmişəm, hazırlamışam.

Mən həmin kitabı, sizin də bildiyiniz kimi, geniş və əhatəli təbliğ edirdim. AXC-Müsavat hakimiyyəti dövründə cəbhə hakimiyyətini kəskin tənqid etmişəm. Xalq Cəbhəsinin hakimiyyəti illərində Tovuz rayonundan hökumətdə vəzifə tutan çoxlu sayda nazirlər, nazir müavinləri, komitə sədrləri var idi. Onlara dəstək verən cəbhə üzvləri müsavatçılar, demək olar ki, rayonda mənəm-mənəmlik edirdilər. Mənə qarşı təqiblər, təziqlər edirdilər. Nəticə etibarı ilə haqq, ədalət zəfər çaldı, xalq Heydər Əliyevi hakimiyəti dəvət etdi. Xalq hakimiyyəti, xalq-Heydər, Heydər-xalq fəlsəfəsi yüksək zirvələr fəth etdi.

Mən həmin kitabımı Yeni Azərbaycan Partiyasının qərargahında partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzova, Siyasi Şuranın üzvü Qafar Əliyevə, o zaman Mətbuat və İnformasiya naziri vəzifəsində işləyən görkəmli şairimiz Sabir Rüstəmxanlıya, Bakı Dövlət Universitetinin rektoru, sonralar isə Milli Məclisin sədri işləmiş Murtuz Ələsgərova göstərmişəm və onlar mənim kitab-albomuma yüksək rəy veriblər.

Mən təkcə kitab-albom işləməklə, yazmaqla, tərtib etməklə kifayətlənmədim. Mən Tovuz rayonunda Heydər Əliyevin siyasi irsinin, 1970-1980-ci illərdə respublikamızda və SSRİ miqyasında gördüyü işləri, bu günümüz və gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb edən fəaliyyətini geniş və əhatəli təbliğ etmək məqsədilə hələ atamın sağlığından toplayıb saxladığım foto-şəkillərdən, onun barəsində yazılmış məqalələrdən ibarət Heydər Əliyev adına Bioqrafik-ideoloji Mərkəz yaratmaq üçün rayon rəhbərliyinə müraciət etdim. 1995-ci ildə mənim təşəbbüsümə, o zamankı icra başçısı hörmətli Məhərrəm müəllim müsbət cavab verdi və beləliklə də, mən respublikamızda ilk dəfə olaraq Tovuz rayonunda Bioqrafik-ideoloji Mərkəz yaratdım və Heydər Əliyev adına Mərkəz 1997-ci ildə hazır oldu. Və mən ictimai əsaslarla 10 il həmin mərkəzin direktoru işlədim. Mərkəzi Qafar Əliyevin təqdim etdiyi əyani vəsaitlərlə daha da zənginləşdirdim. Və mən bu gün çox xoşbəxtəm ki, mənim təşəbbüsüm respublikamızın hər bir güşəsində yüksək qiymətləndirilib. Heydər Əliyev dahi əvəz olunmaz tarixi şəxsiyyətdir, bənzəri olmayan dünyəvi siyasi xadimdir, Qurtuluş dahisidir, xilaskarıdır. XX əsrin 50-ci illərdindən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və baş memarıdır, dünyanın siyasi xəritəsinə yenilik gətirən, yeni bir dövrün, eranın, epoxanın əsasını qoymuş, siyasi zamanı hiss etmək qabiliyyətinə, insanlara şəxsiyyət kimi yanaşma, səmimi yumor, ünsiyyət qurmaq, dövrün, zamanın nəbizini tutmaq bacarığına malik, xarizmatik liderdir.

Onun siyasətini son 16 ildə hörmətli prezidentimiz uğurla davam etdirir. Ölkəmiz regionda və dünyada ən çox inkişaf etmiş iqtisadi, sosial, hərbi gücə, qüdrətə malik, multikulturalizm, tolirantlıq, sivilizasiyalararası dialoqun, beynəlxalq tədbirlərin, beynəlxalq güc mərkəzlərinin beynəlxalq əhəmiyyətə malik danışıqlar mərkəzinə, dünyanın ən sabit ölkəsinə çevrilmişdir. Ölkəmizdə aparılan sabit sosial-iqtisadi siyasət iqtidar-xalq, xalq-iqtidar birliyini, vəhdətini daha da möhkəmləndirmişdir. Dövlətimizin beynəlxlaq aləmdə nüfuzu daha da artmışdır.

1992-ci ilin oktyabrından yüksək zirvələrdən səsləndirilən Heydər-xalq, xalq-Heydər fəlsəfəsinin davamı olaraq İlham Əliyev-xalq fəlsəfəsi, birliyi, vəhdəti sarsılmazdır! Bu vəhdəti, birliyi pozmağa cəhd edən və beynəlxalq təşkilatlarda erməni lobbilərinin təsiri altında olan şəxslərin əlində oyuncağa çevrilmiş, özlərin i müxalifət adlandıran, dövlətçiliyimizə, xalqımızın hakimiyyətinə qarşı duran, sabitliyi pozmağa cəhd edən əli kərimlilərə, isa qəmbərlərə, cəmil həsənlilərə və onların ətrafında olan utopik düşüncə tərzinə malik olan şəxslərə bizim aramızda yer yoxdur.

Bizim yolumuz əbədiyaşar Heydər Əliyev yoludur. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan, partiyamızın sədri, tarixi əvəzsiz şəxsiyyət, dünyanın qəbul etdiyi və hesablaşdığı İlham Əliyev başda olmaqla hər birimiz bu yolla irəliyə doğru gedirik.

Dəmir QURBANLI

Bütün xəbərlər Facebook səhifəmizdə