AzTU-da karyera sərgisi keçirilib TƏDBİR

Dekabrın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) karyera sərgisi keçirilib. SİA xəbər verir ki, sərgidə 72-dən çox şirkət tələbə və məzunlara ümumilikdə 267-dən çox vakansiya üzrə iş yerlərini təklif edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə və “Karyerada ilk addım” suarı altında keçirilən sərgidə SOCAR, Bakı Metropoliteni, “Azərişıq”, “Azərsell”, “Baksell”, “Nar”, “Azərsun” Holdinq, “Gilan” Holdinq, Sumqayıt Texnologiya Parkı və digər dövlət və özəl şirkətlər iştirak edib. 1500-dək tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Karyera Sərgisinin açılış mərasimində çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Professor Xalıq Yahudov AzTU-da Karyera Mərkəzinin fəaliyyət göstərdiyini və Mərkəzin sərgi ilə yanaşı tələbələr üçün matəmadi təlimlər, şirkət rəhbərləri, müxtəlif müəssisələrin insan resursları üzrə mütəxəsssisləri ilə görüşlər təşkil etdiyini qeyd edib.

Sərginin gənclərin karyera qazanmaları üçün böyük əhəmiyyət kəsb etdiyini deyən rektor əvəzi, onlara uğurlar arzulayıb.

Sərgidə şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında ətraflı məlumat veriblər. Gənclər şirkət nümayəndələrinə CV-lərini təqdim ediblər.

Qeyd edək ki, Karyera Sərgiində müxtəlif şirkətlərin təmilçiləri potensial kadrlar seçmək imkanı əldə ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə