"Müavinətlər əhəmiyyətli dərəcədə artacaq" NAZİRLİKDƏN CAVAB

“Ölkədə müavinətlərin sayı təqüdlərin sayı ilə birlikdə 50-yə yaxındır. Bu il biz parlamentə müavinətlərin sosial inteqrasiyası və artırılması ilə bağlı layihə təqdim edəcəyik”. SİA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında büdcə zərfinə daxil olan “2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deputatların müavinətlərin artırılması ilə bağlı çıxışlarına cavab olaraq deyib.

Nazir müavini söyləyib ki, yani layihədə söhbət 5-10 faizdən deyil, əhəmiyyətli dərəcədə artım nəzərə alınıb: “Hazırda bunun üzərində işləyirik. Düşünürəm ki, bu müavinətlər təyinatlı olmalı, haqqı çatan və ehtiyacı olan ailələr bunu almalıdır”.

İ.İsayev çıxışı bildirib ki, bəzi ailələr növbəti illərdə də ünvanlı sosial yardım almaqda davam edəcəklər: “Bura çoxuşaqlı ailələr , əmək qabiliyyəti olmayan şəxslər, yaşlı insanlar daxildir. Bu proqrama sosial müavinətlərin identifikasiya ilə bağlı bir birgə proqramda baxılacaq. Çünki burada təkrarlanan və eyni kateqoriyaya daxil olan şəxslər daxildir. Bu istiqamətdə aktiv iş gedir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə