Millət vəkili səyyar görüşdə iştirak etdi

2018-cı ilin oktyabr ayının 17-də Şağan qəsəbəsində Şağan Mədəniyyət Mərkəzində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə Milli Məclisin deputatı Rauf Əliyev, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, qəsəbə icra nümayəndəliyinin və bələdiyənin işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Görüşü Rayon İcra Hakimiyyətinin başçısı G.İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son 15 il ərzində respublikamızda sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq sahələrində əldə olunan nailiyyətlərdən danışaraq bu istiqamətdə son illər Şağan qəsəbəsində aparılan işlərlə bağlı ətraflı məlumat verdi. Milli Məclisin deputatı R.Əliyev çıxış edərək müvafiq Dövlət Proqramlarına uyğun olaraq qəsəbədə reallaşan sosial layihələr barədə məlumat verərək sakinlərlə bundan əvvəlki görüşlərdə, qaldırılmış həlli vacib olan bir sıra məsələlər və onların həlli istiqamətində görülmüş və hal-hazırda aparılan işlər barəsində görüş iştirakçılarına məlumat verdi.

Görüşdə çıxış edən qəsəbə sakinləri, qəsəbədə aparılan tikinti, abadlıq-quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyəti başçısı G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar yerindəcə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Bütün xəbərlər Facebook səhifəmizdə