Bakı Metropoliteni 6 mln. avroluq generator alır

“Bakı Metropoliteni” QSC generator almaq üçün elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb. SİA-nın məlumatına görə, tenderin qalibi Türkiyənin “MTU Motor Turbin Sanayi ve Ticaret” anonim şirkəti olub.

Qeyd edək ki, sentyabrın 6-da qalib şirkətlə 6,33 mln. avro dəyərində satınalma müqaviləsi imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə