Qaçqınkomda kollegiya iclası keçirilib

Avqustun 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib.

Komitə sədri Rövşən Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli və davamlı inkişafının təmin edildiyini, aparılan islahatların xalqın mənafeyinə tam cavab verdiyini, dövlətimizin daim öz vətəndaşının yanında olduğunu və qayğısını çəkdiyini deyib. O, məcburi köçkünlərin sosial problemlərinin həllinin də daim diqqət mərkəzində saxlanıldığını bildirib. Qeyd olunub ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, yeni yaşayış kompleksləri salınır. Bildirilib ki, bu sahəyə xüsusilə həssas münasibət göstərən Birinci vitse-prezident Mehriban Əliyevanın qəzalı vəziyyətdə olan bina və tiklilərdə, ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi barədə verdiyi tapşırığın icrası davam etdirilir.

Kollegiyanın gündəliyinə məcburi köçkünlərin faktiki məskunlaşma üzrə uçot və qeydiyyatı, komitənin balansında olan mənzil fondunun istismar vəziyyəti, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, vətəndaşların müraciətlərinə baxılması və s. məsələlər daxil edilib. Hər bir məsələ barədə komitənin müvafiq struktur bölmələri rəhbərlərinin məruzələri dinlənilib, ətraflı müzakirələr aparılıb, mövcud nöqsanların aradan qaldırılması yolları müəyyənləşdirilib, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün konkret tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...